Son 15 ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 14 dəfə artıb. Bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib.
“Aparılan islahatlar və görülən tədbirlər vergi yığımlarına müsbət təsir göstərib. Belə ki, son 15 ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 14 dəfə artıb”, - deyə F.Məmmədov bazar ertəsi “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı IV Vergi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində qeyri-neft sektorundan vergi daxilolmaları 14,4 dəfə, regionlardan vergi daxilolmaları 14,8 dəfə artıb.
F.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi vergitutmada ən qabaqcıl innovasiyaları tətbiq edir. “Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyat sisteminin uğurla tətbiqinə görə dünyanın 12 aparıcı ölkəsi siyahısına daxildir”, - deyə o bildirib.
Nazir əlavə edib ki, hazırda nazirlik vergi ödəyicilərinə 59 növ xidmət təklif edir. “Bu, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin ən geniş spektridir”,- deyə o vurğulayıb.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət