ASK sektoruna vergi güzəştlərinin tətbiq edilməsi ilə əlaqədar son 10 ildə dövlət büdcəsinə 1,7 mlrd. manat məbləğində vəsait daxil olmayıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bazar ertəsi Bakıda keçirilən “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumunda çıxışı zamanı bildirib.
“Vergilər Nazirliyinin qiymətləndirmələrinə görə, əgər ASK sektoru vergiyə cəlb olunsaydı, son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinə 1,7 mlrd. manat vəsait daxil ola bilərdi”, - deyə Z.Səmədzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda vergi bazasının genişləndirilməsinə imkan var.
Komitə sədri qeyd edib ki, Azərbaycan hökuməti hazırda qeyri-formal məşğulluğun leqallaşdırılması üzrə tədbirlər həyata keçirir.
Xəbər verildiyi kimi, 1999-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatı müəssisələri üçün vergi güzəştləri tətbiq olunur. Onlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad ediliblər.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət