Azərbaycanda əhalinin pensiya ödənişləri prosesi 99,9% avtomatlaşdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytında DSMF sədri Elman Mehdiyevə istinadən məlumat verilir.
Fondun 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında E.Mehdiyev qeyd edib ki, pensiyaçılara xidmət göstərən bankomatların sayı 858-ə çatdırılıb.
O bildirib ki, ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi üçün mühüm tədbirlərdən biri kimi 2014-cü ildə pensiyaçıların istifadəsinə verilmiş “Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir.
“Fəaliyyətə başladığı dövrdən indiyədək bu xidmətçərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb”,- deyə E.Mehdiyev söyləyib.
DSMF-in agent bankları ABB və “Kapital Bank”dır.
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət