Azərbaycan hakimiyyəti ölkənin siyasi partiyaları ilə dialoqa açıqdır. Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yerli partiyaların rəhbərləri ilə görüşdə bildirib.
"Bizim görüşlərimiz tədricən ənənəvi xarakter almağa başlayır", - deyə o vurğulayıb.
Ə.Həsənov xatırladıb ki, iki ay əvvəl baş tutmuş görüşdə iqtidar və siyasi qüvvələr arasında dialoqun perspektivləri müzakirə edilmişdi.
“Biz görüşlərin müxtəlif formatlarını, müzakirəyə çıxarılmış məsələlərin mövzusunu, ideya və rəylərimizi müzakirə etdik, ictimaiyyətin diqqətinə çatdırılmalı olan müxtəlif siyasi partiyaların iqtidarla əməkdaşlığına dair prinsipial məsələləri müzakirə etdik. Biz, həmçinin siyasi partiyaların cəmiyyətin həyatındakı roluna və mövqeyinə, partiyalarda təmsil olunma və onların maliyyələşdirilməsi məsələsinə xüsusi diqqət ayırmaq fikrindəyik”,- deyə Ə.Həsənov qeyd edib.
O deyib ki, partiyaların mətbuatla münasibəti və ölkənin siyasi qüvvələrinin daxili və xarici siyasətin formalaşmasında iştirakı da dialoqun diqqət mərkəzində saxlanılacaq.
“Hörmətli partiya sədrləri burada bir çox məsələlərlə bağlı çıxışlar etdilər. Qeyd etmək istəyirəm ki, hər bir çıxışda rasional ideyalar səsləndi, biz bütün bunları qeyd etmişik və gələcəkdə qaldırılmış məsələlərin müzakirəsinə bir daha qayıdacağıq”,- deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ölkənin siyasi qüvvələri ilə istənilən məsələni müzakirə etməyə hazırdır.
“Bu gün bağlı qapılar arxasında, mətbuatın iştirakı olmadan biz bir sıra məsələləri, o cümlədən də gələcək görüşlərimizin formatına dair məsələləri müzakirə edəcəyik. Siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələlər müzakirə oluna bilər, çünki bu iki institut Azərbaycan cəmiyyətinin sosial və siyasi idarəçiliyini, ölkənin daxili və xarici siyasətini müəyyən edir”, - deyə şöbə müdiri vurğulayıb.
Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət