Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov rəhbərlik etdiyi elmi müəssisəsinin mərkəzlə əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə əməkdaşlığı inkişaf etdirmək üçün yeni hüquqi bazanın yaradılması barədə razılığa gəlinib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov bildirib ki, mərkəzin Folklor İnstitutu ilə əməkdaşlığı nəticəsində son vaxtlar folklor turizminin ölkəmiz üçün gərəkliliyi meydana çıxıb.
Memorandumda hər iki qurum tərəfindən mövcud qanunvericiliyə, özlərinin nizamnamələrinə uyğun olaraq qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə xalqımızın milli mənəvi sərvətlərinin, mədəni irsinin, folklor nümunələrinin öyrənilməsi, eləcə də ölkədə folklor turizminin inkişafı, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və təbliği üzrə birgə tədbirlərin təşkili qeyd olunub.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət