Bakı Ali Neft Məktəbi (BANM) 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalında, “2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili” adlı məqalədə məlumat verilir.
Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yerdədir. İkinci yeri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (601.554) tutur.
Sonrakı sıralama aşağıdakı kimidir: “ADA” Universiteti (591.349), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (778.450), Azərbaycan Tibb Universiteti (569.456), Azərbaycan Dövlət Neft Akademiyası (452.058), Azərbaycan Dillər Universiteti (426.839), Bakı Dövlət Universiteti (426.839), “Qafqaz” Universiteti (403.329), Naxçıvan Dövlət Universiteti (398.173).
1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69%-i Bakı Ali Neft Məktəbinə daxil olub.
BANM-in “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub. Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.
BANM üzrə dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib.
Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81.39) yüksək olub.
Sadalananlar Bakı Ali Neft Məktəbinin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğuna sübutdur. Bu isə BANM-də mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət