“İslam Dövləti” terror təşkilatı (İŞİD) Qafqaz və Mərkəzi Asiya ölkələri üçün təhlükə mənbəyidir. Belə bəyanatla Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeyev çıxış edib.
“İŞİD bu gün bütün region üçün təhlükəlidir. Onlar həm terror aktları törətməyə, həm də genişmiqyaslı döyüş əməliyyatları aparmağa qadirdirlər. Mən istisna etmirəm ki, onlar Cənubi Qafqaz ölkələrinə qədər gəlib çıxa bilərlər. Bu gün sərhədlərin şərti xarakter daşıdığını nəzərə alsaq, Cənubi Qafqazda birbaşa hərbi əməliyyatların aparıla biləcəyi real görünür”, - deyə S.Mixeyev bu gün “İŞİD: Mərkəzi Asiya və böyük Qafqaz üçün regional təhlükəsizlik təhdidləri” mövzusunda keçirilən Moskva-Astana-Bakı arasında videokörpüdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İŞİD, həmçinin Mərkəzi Asiyadakı postsovet dövlətləri üçün də ciddi təhlükə mənbəyidir.
“Müəyyən müddətdən sonra Əfqanıstandakı NATO qüvvələrinin sayı azalacaq və bu ölkədə və bütövlükdə regionda vəziyyətə nəzarət edə bilməyəcək. Sirr deyil ki, Əfqanıstanla İŞİD-in əlaqələri var”,- deyə ekspert qeyd edib.
S.Mixeyev qeyd edib ki, İŞİD-in hərbi bölmələrində Rusiya və MDB ölkələrinin nümayəndələrinin olması hamıya məlumdur.
“İŞİD-in xarakteri tamamilə aydındır. Söhbət Allah adı altında gizlənib azğınlıq edən satanizmdən gedir. Şübhəsiz ki, İŞİD-in fəallığı regionda və ondan kənarda çoxlu sayda ölkələr üçün təhlükəlidir”, - deyə o qeyd edib.
Xəzər Əməkdaşlıq İnstitutunun direktorunun fikrincə, İŞİD müstəqil təşkilat deyil və müxtəlif dövlətlərin xüsusi xidmət orqanları tərəfindən dəstəklənən strukturdur.
“İŞİD məqsədyönlü şəkildə milli dövlətlərin dağıdılmasına yönəlmiş beynəlmiləl təşkilatdır. İŞİD yalnız dağıtmağa yönəlmiş bir təşkilatdır, o, yaratmaq qabiliyyətinə malik deyil. Şimali Afrika, Yaxın Şərqdə fəaliyyət göstərən İŞİD bütün MDB dövlətləri, xüsusən Qafqaz və Mərkəzi Asiya üçün təhlükəlidir”, - deyə S.Mixeyev vurğulayıb.
O, bu terrorçu strukturun tərəfdaşların cəlb olunması üçün əlverişli olduğunu qeyd edib.
“İŞİD ideologiyasının cəlbediciliyi ondadır ki, əgər kimsə sənin xoşuna gəlmirsə, kimsə səninlə razılaşmırsa, sən sadəcə onu öldürürsən. Dünyanın bir çox ölkələrində belə ideologiyanın tərəfdaşları kifayət qədərdir. İŞİD-də sənə öldürməyə icazə verirlər, üstəlik bunun üçün pul da verirlər. İŞİD-in tərkibində Qərbi Avropadan olan çoxlu sayda insan döyüşür”, - deyə politoloq əlavə edib.
S.Mixeyev İŞİD-dən gələn qlobal təhlükə ilə mübarizə aparmaq məqsədilə bütün dövlətləri səylərini terrorçuluğa qarşı birləşdirməyə çağırıb
“Bu gün Qafqaz və digər regionlar üçün təhlükəsizliyin təmin edilməsi baxımından səylərin birləşdirilməsi son dərəcə vacibdir. Təklikdə İŞİD-lə mübarizə aparmaq olmaz. İŞİD Rusiyanın Şimali Qafqaz regionu üçün də təhlükəlidir. Qərbə güvənmək olmaz. Biz hamımız ABŞ-ın Əfqanıstanda, İraqda, indi isə İŞİD-lə mübarizədə məsələləri necə həll etdiyinin şahidi olduq. Nəticə hər yerdə pisdir, getdikcə də pisləşir. İŞİD-in meydana gəlməsi ABŞ və digər ölkələrin İraqda, Suriyada səhvlər buraxması və ya fəaliyyətinin zəifləməsi ilə bağlıdır”, - deyə o qeyd edib.
Politoloq deyib ki, İraq və Suriyada müharibələr olmasaydı, İŞİD meydana çıxmazdı.
“MDB ölkələri üçün ABŞ və onun müttəfiqlərinin problemi həll etməsinə ümid etmək nonsens olardı. Bu bəlaya qarş çıxmaq üçün postsovet ölkələri arasında birlik yaradılmalıdır”,- deyə S.Mixeyev qeyd edib.
O, Qərbi İŞİD-ə qarşı sərt tədbirlər görməməkdə ittiham edib.
“ABŞ və avropalılar bu vəziyyətdə necə davranacaqlarını bilmirlər. Ukrayna məsələsində ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Terror təşkilatından söhbət gedərkən isə, İŞİD-i maliyyələşdirən kanalların qarşısını almaq üçün heç bir cəhd göstərilmir”,- deyə S.Mixeyev bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət