2014-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən özəl kommersiya hüquqi şəxslərin 30 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Azərbaycan prezidentinin 2004-cü il tarixli fərmanına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyinə özəl hüquqi kommersiya şəxslərin qrantlarını qeydiyyata almaq funksiyası verilib.
“Ötən il İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 27 kommersiya hüquqi şəxsin qrant müqavilələri qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.
"Qeydiyyata alınmış qrant müqavilələri müxtəlif valyutalarda olmaqla 251,893 manat, $281 min və 111,01 min avro təşkil edib.
Qrant vəsaitləri etik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, uşaq resursları inkişafı mərkəzinin yaradılması və avadanlıqlarla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə təlimlərin, sosial dəstəyin göstərilməsi, gənclər təşkilatlarının üzvləri, universitet tələbələri və digər vətəndaşlar arasında seminarların keçirilməsi, "ASAN xidmət" mərkəzlərinin kadr potensialı üçün təlim və treninqlərin keçirilməsi, sahibkarlar tərəfindən fərdi qaydada internet saytlar yaratmaq üçün sadə proqram təminatının formalaşdırılması, teleradio yayımının effektiv həyata keçirilməsi və qüsurların aradan qaldırılması üçün xüsusi proqram təminatının yaradılması və s. istiqamətlərə yönəldilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi 9 kommersiya hüquqi şəxs tərəfindən $711,725 min və 419,95 min manat məbləğində 13 qrantı qeydiyyata alıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət