Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürkəndində kompleks quruculuq işləri aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov kənddə istifadəyə verilmiş sosial obyektlərin açılış mərasimində bildirib ki, bu gün məktəblərdə hazırlanan gənclər ölkəmizin sabahına xidmət edəcəklər.
“Ona görə də dövlətimiz tərəfindən gənclərin hərtərəfli hazırlanması istiqamətində müvafiq tədbirlər görülür, müasir tələblərə cavab verən məktəb binaları tikilərək istifadəyə verilir”, - deyə V.Talıbov qeyd edib.
“Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Gənclərimiz də bilməlidirlər ki, onlar bu gələcəyin təminatçısı kimi yetişməlidirlər. Ona görə də hər bir gənc özünü bu gələcəyə hazırlamalı, yaxşı təhsil almalı, vətənpərvər böyüməlidir. Kürkənd tam orta məktəbində yaradılan şərait, pedaqoji kollektivdə bütün fənlər üzrə müəllimlərin fəaliyyət göstərməsi gənclərin yüksək təhsil almasına və onların hərtərəfli hazırlanmasına imkan verəcək. Məktəbin ötən dövrdəki fəaliyyəti, qazandığı uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə tədris düzgün qurulmuşdur. Burada nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır”, - deyən V.Talıbov qazandıqları nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara gələcək tədrisdə uğurlar arzulayıb.
Məlumat verilib ki, 198 yerlik məktəb binasında 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları var. Kürkənd tam orta məktəbinin kitabxanasında kollektivin istifadəsinə 3455 kitab verilib. Həmçinin məktəbin elektron tədris bazası da gücləndirilib. 19 kompüter dəsti və 3 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin olunub. Bu da dərslərin daha effektiv tədrisinə imkan verəcək.
Elektron lövhəli sinifdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında videoəlaqə yaradılıbvə distant dərs keçilib. Muxtar respublikanın 217 təhsil müəssisəsi muzey şəbəkəsinə qoşularaq keçilən dərsi eyni vaxtda izləyib.
Həmin gün V.Talıbov Kənd mərkəzinin binasının, xidmət mərkəzinin və kənd avtomobil yolunun açılışında da iştirak edib.
Məlumat verilib ki, mərkəzdə rabitə evi, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, mədəniyyət evi və 60 yerlik iclas zalı yerləşir.
Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb, poçt şöbəsi yaradılıb. Bu da Kürkənddə xidmətin səmərəli təşkilinə imkan verəcək.
Kürkənddəki xidmət mərkəzində də bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir.
Kürkəndi rayon mərkəzi ilə birləşdirən 4,5 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb. Kəndin rabitə, elektrik və qaz təchizatı yaxşılaşdırılıb, 2980 metr fiber-optik, 8850 metr yerüstü, 1300 metr yeraltı rabitə və 1300 metr qaz xətti çəkilib, 2,5 kilometrlik elektrik xətti yenilənib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət