2015-ci ilin yanvar ayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 17 mln. 167 min ton təşkil edib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin yanvar ayında qeyri-neft yük daşımalarının həcmi 2,9% - 11,8 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 74% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 26% dövlət sektorunun payına düşüb. 2015-ci ilin yanvar ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2014-cü ilin yanvar ayı ilə müqayisədə 2,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 1 mln. 732,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 11,5% çoxdur.
2015-ci ilin yanvar ayında dəniz nəqliyyatı ilə 795 min ton (azalma 6,5%), avtomobil nəqliyyatı ilə 9 mln. 65,7 min ton (artım 2,7%), hava nəqliyyatı ilə 7,8 min ton (artım 16,4%) müxtəlif yük daşınıb.
Daşınmış yüklərin 56,2%-i neft və neft məhsullarının, 43,8%-i quru yüklərin payına düşüb.
Hesabat ayında daxili neft kəmərləri vasitəsilə 3 mln. 895,3 min ton neft (artım 4,7%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 79,5%-i və ya 3,1 mln. ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. Yanvarda BTC neft kəməri ilə 600 min ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət