“Azərkosmos”ASC və “Intelsat” beynəlxalq peyk rabitəsi təşkilatı 45° şərq uzunluğu orbital mövqeyinə “Azerspace-2” peykinin qaldırılmasına dair razılığa gəlib. Bu barədə “Azərkosmos”un məlumatında deyilir.
“Tərəflər arasında müvafiq strateji razılaşma imzalanıb. Bununla da “Azərkosmos” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə edib”, - deyə məlumatda qeyd olunur.
Razılığa əsasən, tərəflər iki il ərzində “Azerspace-2” peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və “Azerspace-2” peykinin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər.
“Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək”, - deyə məlumatda bildirilir.
Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
Xəbər verildiyi kimi, “Azerspace-2” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılıb.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında- İF) orbitə buraxılıb. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Intelsat” 1964-cü ildə təsis edilib və peyk xidmətlərinin aparıcı tədarükçüsüdür. Bu təşkilat kommersiya şərtləri ilə rabitə peykləri, eləcə də dünyada müvafiq rabitə xidmətlərinin yüksək keyfiyyəti və etibarlılığını təmin etmək məqsədilə avadanlıq təqdim edir. Bu vasitələr təşkilatın mülkiyyətində ola və ya onun tərəfindən icarəyə götürülə bilər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət