Qəbələ Baytarlıq İdarəsi rayondakı təsərrüfatlarda heyvanlar arasında qarayara və bruselyoz xəstəliyinə qarşı mütəmadi peyvəndləmə işləri aparır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ötən il Qəbələdə52 min baş iribuynuzlu, 178 min baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvan və 900 baş donuzda qarayaraya qarşı peyvəndləmə aparılıb. Bu il də həm iri, həm də xırdabuynuzlu heyvanların peyvəndlənməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən rayona 53 min vaksin gətirilib. Peyvəndlər, əsasən 3 aydan yuxarı heyvanlara vurulur.
Əvvəlcə müayinələr aparılaraq heyvanların sağlam olub-olmadığı müəyyən ediləcək. Yalnız bundan sonra peyvəndləmə işi həyata keçiriləcək.
Yanvarın əvvəllərindən qarayaraya qarşı start götürən peyvəndləmə kampaniyasına bu ayın sonu yekun vurulacaq. Hazırda rayonun Zarağan qəsəbəsində peyvəndləmə işləri aparılır. Qəsəbədə 1600 baş iribuynuzlu, 8000 xırdabuynuzlu, 25 min quş var, indiyə kimi qəsəbədə 850 baş heyvandan qan örnəyi götürülüb, 1500 baş heyvan peyvəndlənib.
Rayonda, ümumilikdə 53 minə yaxın iribuynuzlu və 177 minə yaxın xırdabuynuzlu heyvan var.
Oğuz rayonunda isə 28613 baş iribuynuzlu heyvan, 60794 baş xırdabuynuzlu heyvan var. Bu il də həm iri, həm də xırdabuynuzlu heyvanların peyvəndlənməsi məqsədi ilə Dövlət Baytarlıq Xidməti tərəfindən rayona 63 min vaksin gətirilib.
İ. Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət