“Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin (TK) ilk iclası keçirilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
İclasda çıxış edən TK-nın sədri, Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov qeyd edib ki, Texniki Komitənin yaradılmasında əsas məqsəd metrologiya sahəsi ilə bağlı beynəlxalq normalara uyğunlaşdırılmış milli standartların, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanmasıdır.
İclasda TK-nın iş planı və görəcəyi işlər müzakirə olunub. Tədbir iştirakçıları qeyd ediblər ki, metrologiya sahəsinin inkişaf etdirilməsi üçün bu sahə ilə bağlı beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilib qəbul edilməsi vacib əhəmiyyət daşıyır.
İclasda komitə nümayəndələri ilə yanaşı, TK-nın üzvləri olan SOCAR, “Bakı Metropoliteni” QSC, “Azərsun” Holding, Sumqayıt Texnologiyalar Parkı (STP), “İntertek Azəri Ltd”, “SGS Azəri Ltd”, “BP-Azərbaycan” və s. təşkilatların nümayəndələri metrologiya sahəsində mövcud problemlər və inkişafa nail olmaq üçün təkliflərini bildiriblər.
“Metrologiya” standartlaşdırma üzrə Texniki Komitə 2014-cü ilin avqust ayında yaradılıb. Komitəyə 22 dövlət və qeyri-dövlət müəssisəsinin nümayəndələri daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət