Bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyadan kənar tibbi xidmətlər göstərən həkimlərə qarşı cərimə şəklində sanksiyalar tətbiq edilməsini nəzərdə tutan düzəlişləri qəbul edib.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli çərşənbə axşamı plenar iclasda bu məsələ ilə bağlı məlumat verib.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 65-3.1-ci maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görəfiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə olunacaqlar.
Maddə 65-3.2-də isə bildirilir ki, tibb işçiləri öz vəzifələrini yerinə yetirərkənixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görəfiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər cərimə olunacaqlar.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət