Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 25-nə manatın dollara nisbətən rəsmi məzənnəsini fevralın 24-də qeydə alınmış 1,0501 manat/$1-a qarşı 1,0502 manat/$1 səviyyəsində müəyyən edib . Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, sutka ərzində manat daha 0,0095% ucuzlaşıb.
Fevralın 25-də manatın avroya nisbətən rəsmi məzənnəsi 24 fevrala olan 1,1906 manat/1EUR-ya qarşı 1,1914AZN/1EUR səviyyəsində müəyyən olunub. Bununla da sutka ərzində manat avroya nisbətən 0,067% ucuzlaşıb.
Fevralın 25-nə manatın rəsmi məzənnəsi rus rubluna nisbətən 24 fevrala olan 0,0165 manat/1RUR-a qarşı 0,0167 manat/1RUR səviyyəsində müəyyən olunub. Beləliklə, manat rubla nisbətən 1,21% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər azalıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət