Londonda Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan tamaşanın nümayişi olacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Metyu Quldun rejissorluq etdiyi tamaşa Buta Festivalı-2015 çərçivəsində Londonda televiziya ulduzları Kris Simmons və Tanya Frenksin iştirakı ilə səhnələşdirilib.
Tamaşa Buta Festivalı tədbirləri silsiləsinə daxildir və 25 fevral-7 mart tarixlərində “Battersea”də “Testbed1”in səhnəsində nümayiş olunacaq.
Elçinin satirik əsəri öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu Cənnətə gedən Yol Stansiyasına düşür.
Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına – onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan əldə edir və bu zaman özü haqqında çox mühüm həqiqətləri aşkar edir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət