“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının İrlandiyanın televiziya kanalında işıqlandırılmasını təmin etmək məqsədilə “Setanta Sports” idman kanalı ilə saziş imzalayıb. Bu barədə BEGOC-un mətbuat xidmətindən məlumat verilir.
“Mən birinci Avropa Oyunlarının İrlandiyada yayımlanmasını təmin etmək məqsədilə “Setanta Sports” kanalı və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin saziş bağlamağa nail olmasına şadam. Məqsədimiz birinci Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçı auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik”, - deyə BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bəyan edib.
Bu sazişin bağlanması ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların dünyanın artıq 51 ölkəsində yayımlanacaq.
“Birinci Avropa Oyunları beynəlxalq idman təqvimində yeni əsas idman yarışlarıdır və bağladığımız saziş İrlandiyanın idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançılarının çıxışlarını izləməyə imkan yaradacaq. “Setanta Sports” abunəçilərinin izləməsi üçün Bakı 2015 Avropa Oyunlarını nümayiş etdirəcəyi ilə fəxr edir və səbirsizliklə möhtəşəm 17 günlük yarışları yayımlayacağını gözləyir”, - deyə şirkətin həmtəsisçisi və baş icraçı direktoru Maykl O`Rurk vurğulayıb.
“Avropa Oyunlarında İrlandiyadan güclü nümayəndə heyəti iştirak edəcək və bu da gözəl haldır ki, Oyunlarda iştirak edəcək idmançılarımız bağlanmış saziş sayəsində öz ölkələrindəki azarkeşlərin dəstəklərinə arxalana biləcəklər. Bu, həm də İrlandiya idmanı üçün yaxşı xəbər olacaq, ona görə ki, birinci Avropa Oyunları gənclərimizin və geniş ictimaiyyətin baxmaqdan zövq alacağı ruhlandırıcı yarışlar olacaq”, - deyə İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki qeyd edib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət