«Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) irlandiyalı idmançı Keti Teyloru Avropa Oyunlarının elçisi elan edib. Bu barədə BEGOC-un mətbuat xidməti məlumat verib.
London 2012 Olimpiya Oyunlarında qızıl medal qazanmış K.Teylor həm də 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.
Onun mühüm çempionatlarda qazanmış olduğu medallar siyahısına Olimpiya çempionu olmaqla yanaşı, 5 ardıcıl dünya çempionu, 6 ardıcıl Avropa çempionu və 5 Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir. K.Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.
«Ketini beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir», - deyə BEGOC-un əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bəyan edib.
"Mən Ketinin Oyunların ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində onun kimi dünyanın öndə gedən yarışçılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız", - deyə İrandiya Olimpiya Şurasının sədri Patrik Hikki vurğulayıb.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət