Bakı Ali Neft Məktəbində (BANM) “Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində iştirakçıları salamlayaraq, onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verib.
E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu qeyd edib. Son illər bu istiqamətdə həyata keçirilən tədirlər barədə söz açan H.Əsədov təhsil sistemində reallaşdırılan islahatları yüksək qiymətləndirilib və bilik və bacarıqlarının nümayişində müsabiqə iştirakçılarına uğurlar arzu edib.
Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirilib və qalib komandalar müəyyən edilib.
Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olunub.
Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə BANM-in diplom və mükafatları təqdim edilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət