Estoniya kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıq qurmaqda maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin Estoniyaya ezam edilmiş müxbirinin verdiyi xəbərə görə, bunu Estoniyanın kənd təsərrüfatı naziri İvar Padar azərbaycanlı jurnalistlərə müsahibəsində söyləyib.
“Biz Azərbaycana getmək və əməkdaşlıq qurmaqda çox maraqlıyıq”, - deyə İ.Padar qeyd edib.
Estoniyanın Azərbaycana nə təklif edə biləcəyinə dair sualı cavablandıran nazir söyləyib ki, onun ölkəsində balıqçılıq yaxşı inkişaf edib.
“Baltik dənizindən böyük həcmdə balıq ixrac edilir. Biz süd məhsullarının yarısını öz ehtiyaclarımıza sərf edirik, qalan yarısı ixraca sərf olunur. Sovet İttifaqı dövründə biz rekord həcmdə - ildə 800 min ton taxıl məhsulu əldə edirdik. Ötən il 1 mln. ton həcmində mütləq rekord göstəriciyə nail olmuşuq. Bu məhsulun yarısını ixrac edəcəyik. Və kifayət qədər sərfəli şəkildə”,- deyə nazir əlavə edib.
İ.Padar deyib ki, Estoniyada dəniz daşımalarının həyata keçirilməsi üçün çox yaxşı imkanlar var.
“Biz mütləq Azərbaycan bazarı ilə tanış olmalıyıq. Biz bütün bazarlara maraq göstəririk”,- deyə o qeyd edib.
Estoniyalı nazir böhran əleyhinə tədbirlər çərçivəsində büdcəni nəzarətdə saxlamağı, bütün lazımsız layihələri dayandırmağı tövsiyə edib. “Böhran zamanı xərcləri ağılla idarə etmək lazımdır”,- deyə o vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət