Çərşənbə günü“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi cari ilin iyun ayında Azərbaycanın paytaxtında keçiriləcək Oyunlara biletlərin qiymətlərini elan edib.
Böyüklər üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişəcək.
Böyüklər üçün biletlərin qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək.
Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.
Heydər Əliyev adına İdman Arenasınada və Milli Gimnastika Arenasında keçirilən yarışlar istisna təşkil edəcək, burada 16 yaşdan kiçik şəxslər üçün biletlər 1 manat olacaq.
Açılış mərasimi üçün biletin qiyməti 20 manat, bağlanış mərasimi ücün 10 manatdır.
Biletlər 19-21 mart tarixlərində açıq satışa çıxarılacaq.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət