Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün qaydaları müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsinə dair tədbirlər haqqında qərar qəbul olunub.
Qeyd edilib ki, qiymətləndirmə müasir standartlara uyğun olacaq.
Belə ki, tələbləri yüksəltmək məqsədilə namizədlərin ingilis dili biliklərinin qiymətləndirilməsi üçün doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.
İclasda AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat da dinlənilib.
İlk dəfə olaraq müasir informasiya texnologiyalarından istifadə etməklə AMEA-nın Naxçıvan və Gəncə bölmələri onlayn rejimdə iclasda iştirak ediblər.
Vurğulanıb ki, son zamanlar AMEA-da aparılan islahat və struktur dəyişiklikləri, AMEA Rəyasət Heyətinin yeni korporativ üslubunun formalaşdırılması, həmçinin yeni texnologiyaların meydana gəlməsi portalın daha da təkmilləşdirilməsi zərurətini meydana çıxarıb. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətinin "AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı"nda digər məsələlərlə yanaşı,www.science.azportalının yeni versiyasının hazırlanması da nəzərdə tutulub. Rəyasət Heyəti saytın yeni versiyasının fəaliyyəti ilə bağlı qərar qəbul edib.
Bundan başqa, iclasda AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin icra vəziyyəti, Elm və Təhsil idarəsinin Əsasnaməsi və strukturu, Hüquq və kadrlar idarəsinin strukturunda dəyişiklik edilməsi, Dendralogiya İnstitutunun yeni strukturu, akademik Mustafa Topçubaşovun 120 illik yubileyinin keçirilməsi haqqında müzakirələr aparılıb.
A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət