İtaliya alimləri ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutuna (GGİ) neftlə çirklənmiş ərazilərdə müştərək tədqiqat işləri aparmağı təklif ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəlinib. Bu niyyətlə adıçəkilən ölkənin Salerno Universitetinin Sanitar Ətraf Mühit üzrə Mühəndislik Bölməsinin professoru Vinçenzo Nadeo və Sənaye Mühəndisliyi Bölməsinin əməkdaşı, fəlsəfə doktoru Françesko Vileko GGİ-də olublar.
Qonaqlar institutun kollektivi ilə görüşüb, elmi-texniki imkanları, elmi-tədqiqat nəşrləri və prioritet fəaliyyət istiqamətləri ilə maraqlanıblar.
Qurumun neftin geokimyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Qalina Martinova bildirib ki, GGİ elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir.
İnstitutun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi” lazımi avadanlıqla təchiz olunub.
V.Nadeo Salerno Universitetindəki təhsil proqramları və elmi tədqiqat sahələrindən danışıb.
İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə əməkdaşlıq üçün universitetdə mövcud şəraiti əyani vəsaitlərlə təsvir ediblər. Bildiriblər ki, təmsil etdikləri qurum yeni elmi texnologiyaların əldə olunmasına və ətraf mühitin qlobal problemləri üzrə tədqiqatlarda tətbiqinə çalışır.
GGİ-nin əməkdaşlarına bu sahədə müştərək tədqiqatların hədəflərini müəyyən etmək təklif olunub. Konkret tədqiqat istiqamətlərindən əlavə, təcrübə mübadiləsi barədə də razılığa gəlinib. Nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması məqsədi ilə yaxın aylarda memorandumun imzalanması gözlənilir.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət