2015-ci ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 226 mln. 729 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-fevral ayları ərzində SOCAR-ın dövlət büdcəsinə vergi köçürmələri 346 mln. 613 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-fevral aylarında şirkətin dövlət büdcəsinə vergi köçürmələri 34,6% azalıb.
2015-ci ilin fevral ayında SOCAR dövlət büdcəsinə 108 mln. 227 min manat məbləğində vergi ödəyib.
Cari ilin yanvar-fevral aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 23 mln. 465 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 5,5% - İF-Az).
Bununla yanaşı, fevral ayında şirkət DSMF-ə 11,534 mln. manat məbləğində ödəniş həyata keçirib.
2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib.
2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət