Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov sahibsiz itlərin və pişiklərin öldürülməsinə və yandırılmasına qarşı çıxır.
“Mən heyvanların məhv edilməsinə, öldürülməsinə qarşıyam. İstərdim ki, onlar üçün xüsusi yerlər tikilsin”, - deyə A.Rəhimov çərşənbə günü keçirilən mətbuat konfransında Bakıda Avropa Oyunları ərəfəsində sahibsiz it və pişiklərin öldürülməsi faktları barədə Qərb KİV-lərində gedən yazılarla bağlı “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, bu məsələlərlə epidemioloji və baytarlıq strukturları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmalıdır.
“Hesab edirəm ki, sahibsiz heyvanların saxlanması üçün xüsusi yerlər tikilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti, iri ekoloji layihələr həyata keçirən Leyla Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır”,- deyə A.Rəhimov əlavə edib.
Bununla yanaşı, o bildirib kı, sahibsiz itlər insanlar üçün müəyyən təhlükə yaradır.
“Onların xüsusi şəraitdə saxlanması üçün tədbirlər görmək lazımdır. Bir dəfə mən tənha bir yerdə sahibsiz itlərdən canımı güclə qurtarmışam. Bununla belə mən sahibsiz itlərin məhv edilməsinə qarşıyam”, - deyə nazir söyləyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu məsələ ilə əlaqədar bəyanatla çıxış edəcək.
Öz növbəsində AzTV dövlət kanalının sədri Arif Alışanov vurğulayıb ki, bir sıra KİV-lərdə, o cümlədən xarici mətbuatda itlərin öldürülməsinə dair yer alan məlumatlar Azərbaycana qarşı həyata keçirilən “qara piar” kampaniyasının bir hissəsidir.
“Xatırlatmaq istəyirəm ki, Bakıda “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də müəyyən dairələr Azərbaycana qarşı belə kampaniyalar həyata keçirərək, müsabiqəni boykot etməyə çağırırdılar”,- deyə o qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət