2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 1 mlrd. 697,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında kapital qoyuluşlarının ümumi həcmindən 1 mlrd. 282,3 mln. manat (bütün investisiyaların 75,5%-i) istehsalat təyinatlı obyektlərin, 415,2 mln. manat (bütün investisiyaların 24,5%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 811 mln. manat (bütün investisiyaların 47,8%-i) xarici investisiyaların, 886,5 mln. manat (bütün investisiyaların 52,2%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-fevral aylarında neft sektoruna 893,8 mln. manat (bütün kapital qoyuluşlarının 52,7%-i), qeyri-neft sektoruna 803,7 mln. manat (bütün kapital qoyuluşlarının 47,3%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 1 mlrd. 247,7 mln. manat və ya bütün kapital qoyuluşlarının 73,5%-ni (artım 13,6%) təşkil edib.
Cari ilin yanvar-fevral aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 617,9 mln. manat (bütün investisiyaların 36,4%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 79,6 mln. manat (bütün investisiyaların 63,6%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
Yanvar-fevral ayları ərzində müəssisə və təşkilatların vəsaitləri hesabına 1 mlrd. 146,5 mln. manat (artım 37,3%), bank kreditlərinin hesabına 63,1 mln. manat (azalma 32,6%), büdcə vəsaitlərinin hesabına 394,9 mln. manat (azalma 44,3%), büdcədənkənar fondların vəsaitləri hesabına 59,5 mln. manat (artım 2,6 dəfə), əhalinin vəsaitləri hesabına 5,3 mln. manat (artım 2,4 dəfə), digər mənbələr hesabına 28,2 mln. manat (artım 9,1 dəfə) həcmində kapital qoyuluşları həyata keçirilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət