2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 33 mln. 243,9 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin yanvar-fevral aylarında qeyri-neft yük daşımalarının həcmi 2,8% - 22,5 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 73,7% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 26,3% dövlət sektorunun payına düşüb. 2015-ci ilin yanvar-fevral ayları ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3,1% artıb.
Hesabat dövründə dəmir yolu ilə 3 mln. 563,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,5% çoxdur.
Cari ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə 1 mln. 399,9 min ton (azalma 11,9%), avtomobil nəqliyyatı ilə 17 mln. 528,7 min ton (artım 2,6%), hava nəqliyyatı ilə 16 min ton (artım 28%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 7 mln. 641,1 min ton neft (artım 6,1%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 77,6%-i və ya 5,9 mln. ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2015-ci ilin yanvar-fevral aylarında BTC neft kəməri ilə 1,2 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət