“Nikoil” İnvestisiya Kommersiya Bankı 2015-ci ildə islam maliyyələşdirilməsi çərçivəsində $10 mln. cəlb etməyi planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza məlumat verib.
“Bu yaxınlarda bankın İdarə Heyətinin sədr müavini Bəhreyndə olub, həmçinin Yəmən nümayəndələri ilə danışıqlar aparıb. O, dəstək alıb, buna görə də mənə belə gəlir ki, yaxın aylarda biz islam maliyyələşdirilməsi qanunları ilə resurslar cəlb edəcəyik. Bu, investisiyaların, o cümlədən, ilk növbədə lizinq istiqamətində investisiyaların həcmini artırmağa imkan verəcək. Biz investorların müsbət qiymətləndirməsini gördük. Bizim təklif etdiyimiz layihələr, ilk növbədə lizinq, tikinti və investisiya layihələri bəyənilib”, - deyə V.Xamaza çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Yəməndən bir, Bəhreyndən isə iki investorla danışıqlar aparılır.
“Bizim islam bankinqi üzrə portfelimiz kiçikdir. İslamın tələblərinə cavab verən məhsul bizdə 2008-ci ildə yaranıb. Biz Şərqdə onu müvafiq qaydada ilk sertifikatlaşdıran banklardan biriyik. Lakin bazardan hər hansı cavab reaksiyası görmədiyimiz üçün bu sahəyə fəal şəkildə əmanətlər qoymadıq. Əmanətlərin həcmi çox deyil, təxminən 200 min manatdır”, - deyə V.Xamaza bildirib.
Bununla yanaşı, o söyləyib ki, əgər bank əvvəllər islam bankinqi sahəsində əmanətlərlə bağlı sahəni inkişaf etdirirdisə, indi investisiya layihələrinə üstünlük verəcək.
“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyətdədir. Bankın səhmdarları “Topaz Investment”, “NİKoil” SC və “İSR Holding”dir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət