“Nikoil” İnvestisiya Kommersiya Bankı ABŞ dolları ilə kredit alan müştərilərə müəyyən güzəştlər təklif edir. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza bəyan edib.
“Nikoil” İKB ABŞ dolları ilə kredit alan və vaxtı ötmüş borcları 30 günü ötməyən müştərilərə faiz dərəcəsi, əlavə komissiyalar və ödənişlər, o cümlədən sığorta ödənişlərinin artımı olmadan kreditin qalan müddətinin 40% artımını təklif edir. Bu, borcalanın aylıq ödəniş məbləğini kifayət qədər azaldacaq”, - deyə V.Xamaza çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu aksiya həm istehlak, həm də biznes kredit alanlar üçün nəzərdə tutulub. “Beləliklə, mart ayının əvvəlindən 2,6 mln. manatdan artıq məbləğdə 411 kreditin vaxtı uzadılıb”, - deyə o bəyan edib.
V.Xamaza vurğulayıb ki, bank fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb, fiziki şəxslər üçün yeni “Vergisiz” depozit məhsulu yaradıb. Bu məhsula əsasən müştərinin gəliri dəyişməz qalır və bank müştərinin vergilərinin ödənilməsini öz üzərinə götürür. “Depozitlərin sığortalanan hissəsinin 12%-dək artırılması ilə əlaqədar bank depozitlər üzrə şərtlərinə təkrar baxıb və əmanətin müddətindən asılı olmayaraq faiz dərəcələrini 12%-dək artırıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, əmanətlərin əlavə edilən faizlər itmədən xarici valyutaya çevrilməsi aksiyası artıq bir aydır davam edir və beləliklə 9,2 mln. manat məbləğində əmanət konvertasiya edilib.
“Bir sıra güzəştli məhsullar hazırlanır. Biz dövlət ipoteka proqramı üzrə kreditləşməni, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə biznes kreditləşməsini fəal şəkildə davam etdiririk”, - deyə V.Xamaza bildirib.
“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “NİKoil” SC və “İSR Holding”dir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət