Qazaxıstan parlamentinin deputatı, Əfqanıstan Müharibə Veteranları Təşkilatı Assosiasiyasının sədri Baxıtbek Smaqulov İkinci Dünya müharibəsi zamanı nasistlərlə əlbir olmuş hərbi cinayətkar Qaregin Njdenin qəhrəmanlaşdırılmasını yolverilməz olduğunu hesab edir.
“Bizim hər birimiz qətiyyətlə Qaregin Njde kimi hərbi cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərinə qarşı çıxış etməliyik. Çünki bu, alman faşistlərinin işğal etdiyi Sovet İttifaqı ərazilərini azad edərkən Hitler Almaniyasına qarşı müharibədə həlak olmuş milyonlarla Sovet insanının xatirəsinə təhqirdir”, - deyə B.Smaqulov erməni diasporunun Rusiyanın Vladimir şəhərində Q.Njdenin abidəsinin ucaldılması ilə bağlı cəhdlərini “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
Qazaxıstanlı deputat Rusiya cəmiyyəti və rəhbərliyinin hərbi cinayətkara abidənin ucaldılmasına və onun adının təbliğ edilməsinə imkan verməyəcəyinə ümid edir.
“Bunu dövlət səviyyəsində qadağan etmək lazımdır. Çünki faşizmin təbliği azadlığımız uğrunda həlak olan ata və babalarımızın xatirəsinə təhqirdir. Düşünürəm ki, rəyimizi nəzərə alacaqlar. Bundan başqa, ümid edirəm ki, Ermənistandan olan Böyük Vətən müharibəsi veteranları da bu məsələ ilə bağlı öz sözlərini deməlidirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Sovet İttifaqında yaşayan bütün xalqlar faşizm üzərində qələbəyə öz töhfələrini veriblər.
“Bu il biz hamımız Alman faşizmi üzərində Böyük Qələbənin 70 illiyini qeyd edirik. Hər kəs üçün ümumi olan bu qələbə bizim hər birimizi birləşdirir. Azərbaycanlılar, qazaxlar, ruslar, belaruslar, ukraynalılar, gürcülər bu qələbəni ağır, qanlı döyüşlərdə qazanıblar. Biz işıqlı gələcəyimiz naminə həyatlarını qurban vermiş ata və babalarımızı heç zaman unutmamalıyıq”, - deyə B.Smaqulov bildirib.
Deputat “postsovet məkanı xalqları arasında birlik və əməkdaşlıq işinə xidmət edə biləcək fəaliyyətin təbliğinin zəruriliyini vurğulayıb.
“Biz ancaq yaxşı işləri təbliğ etməliyik. Faşistlər haqqında filmlərin çəkilməsi, onları qəhrəman kimi təqdim etmək üçün abidələrinin ucaldılması isə mənim fikrimcə, faşist işğalçıları ilə döyüşlərdə həlak olanların xatirəsini və Hitler Almaniyası üzərində qələbə qazanmış hər kəsi təhqir etmək deməkdir. Belə halların qarşısını kökündən kəsmək lazımdır”,- deyə B.Smaqulov söyləyib.
O bildirib ki, tarixin saxtalaşdırılmasına, o cümlədən Böyük Vətən müharibəsinin nəticələrinin saxtalaşdırılmasına yol vermək olmaz.
“Biz gələcək nəsillərə müharibə haqqında həqiqi tarixi çatdırmalıyıq. Məsələn, son zamanlar Qərbdə belə söhbət gedir ki, Hitler Almaniyası üzərində qələbədə əsas rolu amerikalılar, o cümlədən də fransızlar və ingilislər oynayıb. Onlar bununla böyük qələbədə Sovet xalqlarının həlledici rolunu azaltmağa çalışırlar. Biz hamımız xatırlayırıq ki, Sovet tankları və təyyarələrində istifadə olunan neftin 70%-ni Azərbaycan təmin edirdi, on patrondan doqquzunu isə Qazaxıstan verirdi”, - deyə B.Smaqulov söyləyib.
Öz növbəsində Azərbaycan Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, müharibə veteranı, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov Q.Njdeni qəhrəmanlaşdırmaq cəhdlərindən narazı olduğunu bildirib. “Bu, biabırçılıqdır. Mən başa düşmürəm, belə insanları necə qəhrəmanlaşdırmaq olar?! Söhbət faşistlərlə əlbir olmuş şəxslərin qəhrəman kimi təqdim edilməsindən gedən zaman insanların, xüsusilə də veteranlarımızın qəzəblənməsini yaxşı anlayıram”,- deyə o vurğulayıb.
Veteran əmindir ki, Q.Njdeni qəhrəmanlaşdırmaq cəhdinin arxasında təxribatçı məqsədlər dayanır.
“Hesab edirəm ki, bu, təxribatçı məqsədlərlə edilir. Məsələn, bizim Azərbaycan xalqı dörd milli diviziya yaradıb və müharibənin sonuna, Berlinə qədər döyüşüb. Amma siz düşmən tərəfindən çıxış edib adını ləkələyən azərbaycanlı haqqında eşitmisinizmi? Şəxsən mən eşitməmişəm”,- deyə o əlavə edib.
O, Rusiya hökumətinin bu məsələnin mahiyyətinə varacağına və düzgün qərar verəcəyinə ümid etdiyini bildirib. “Sonsuza qədər Ermənistan dövlətini dəstəkləmək olmaz ki! Mən onları başa düşürəm, Rusiyada ermənilər çoxdur və onlar ruslara təzyiq edirlər. Lakin problemin mahiyyətini araşdırmaq lazımdır, heç nəyi əsası olmadan qəbul etmək olmaz”,- deyə T.Ağahüseynov bildirib.
F.İsazadə, R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət