2014-cü ildə Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi $3 mlrd. təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 4,6% çoxdur. Bu barədə Azərbaycanın 2014-cü il üçün tədiyə balansı hesabatında deyilir. Hesabat Mərkəzi Bankın saytında dərc edilib.
Qeyd olunan məbləğin 67,4%-i Azərbaycan vətəndaşlarının xaricə fərdi səfərlər zamanı xərclədiyi vəsaitlərin payına düşür.
2014-cü ildə Azərbaycanda xarici turistlərə $2 mlrd. 431,5 mln. məbləğində xidmət göstərilib, bu isə 2013-cü ilin göstəricisinə uyğundur. AMB-nin məlumatına görə, bu xidmətlərin 28,3%-i Azərbaycana işgüzar səfərə gəlmiş qeyri-rezidentlərə xidmət göstərilməsi ilə bağlıdır.
“Ümumilikdə 2014-cü ildə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $14,7 mlrd. təşkil edib, bunun $10,4 mlrd.-ı qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, $4,3 mlrd.-ı isə Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilən xidmətlərin payına düşüb”, - deyə hesabatda vurğulanır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət