Bakı Ali Neft Məktəbində (BANM) Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
BANM rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı açan BANM-in rektoru Elmar Qasımov ali məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb
O, bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək bildirib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. Rektor neft-qaz sənayəsində çalışanların əməyinin ağır olduğunu diqqətə çatdıraraq, hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən Azərbaycanda neftçilərin hüquqlarının müdafiəsi üçün ilk Həmkarlar İttifaqının təsis edildiyini bildirib.
E.Qasımov BANM-də əməkdaşların və tələbələrin nümayəndələrindən ibarət olan vahid Həmkarlar İttifaqı Komitəsinin yaradılmasının onların yuxarıda qeyd edilən istiqamətlərdə fəaliyyətinin əməkdaşların və tələbələrin ictimai-sosial və mədəni həyatına yeni məzmun gətirəcəyini bildirib.
O, BANM-in professor-müəllim heyətini və tələbələri Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib. O, neft-qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinin SOCAR-ın səmərəli fəaliyyəti üçün vacib olduğunu vurğulayıb və hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkatın 1906-cı ildə ilk Həmkarlar İttifaqının yaranması ilə nəticələndiyini xatırladıb. C.Əliyev, həmçinin belə nüfuzlu ali məktəbdə Həmkarlar İttifaqı Komitəsinin yaranmasını alqışladığını bildirib və qurumun fəaliyyətində uğurlar arzulayıb.
Sonda BANM-in yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət