SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında 2223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadasının əsaslı təmirini başa çatdırıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Təmir işlərinin məqsədi meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsidir. “Neftqaztikinti” Tresti işlərin podratçısı qismində çıxış edir. Təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar yenisi ilə əvəz olunub, 72 ədəd svay vurulub, 36 ədəd rigel və digər konstruksiyalar quraşdırılıb”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın məlumatına görə, təmir işləri, ümumiyyətlə 1,534 min kvadratmetr sahəni əhatə edən estakadayanı meydançanın 1 min kvadratmetr hissəsində aparılıb.
2223 nömrəli estakadayanı meydança 1983-cü ildə istismara verilib. Burada qazılan 6 istismar quyusundan sutkada 40 ton neft və 1,6 min kubmetr qaz hasil olunur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət