Vyetnamın “VIETSOVPETRO” şirkətinin baş direktoruTı Txan Ngian ümid edir ki, Bakıda onun iştirakı ilə Bakı Ali Neft Məktəbi (BANM) ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu yanacaq-energetika sahəsində təcrübə mübadiləsinin aktivləşməsinə səbəb olacaq.
“Hesab edirəm ki, imzalanan Anlaşma Memorandumu iki ölkə arasında neft-qaz sahələri üzrə kadr və mütəxəssis təcrübələrinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsində yeni mərhələ olacaq”, - deyə BANM-in mətbuat xidməti baş direktorun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə “VIETSOVPETRO” şirkətində çalışan azərbaycanlı mütəxəssislərin sayını artıracaq. “Dünyaca tanınmış neft-qaz şirkəti olan SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlamaq bizim üçün çox mühüm hadisədir. Bu əməkdaşlıq gələcəkdə mütəxəssis təcrübəsinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinə, ali məktəbin tələbələrinin Vyetnamda istehsalat təcrübəsi keçmələrinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, şirkətin mütəxəssisləri üçün BANM-də müxtəlif mövzular və ixtisaslar üzrə seminar, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkilinə, elmi-tədqiqat işlərinin aparılmasına, birgə elmi, elmi-praktik, praktik-texnoloji seminar və konfransların təşkilinə, müxtəlif ölkəmiqyaslı və beynəlxalq layihələr çərçivəsində əməkdaşlığa, şirkətin və BANM-in mütəxəssisləri tərəfindən birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, kadr ehtiyatlarının inkişafı kimi vəzifələrini uğurla yerinə yetirməyə imkan verəcək”, - deyə Tı Txan Ngian vurğulayıb.
F.Hüseynzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət