Özbəkistanda keçirilən prezident seçkilərində İslam Kərimovun qalib gəlməsi Azərbaycanla ikitərəfli münasibətlərin gələcək inkişafına müsbət təsir edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun Müasir tarix və beynəlxalq araşdırmalar şöbəsinin müdir müavini Ravşan Nəzərov bildirib.
“Bu mənada ölkələrimiz arasında müasir qarşılıqlı münasibətlər çox uzun tarixi keçmişə malikdir, nəticədə isə müasir əməkdaşlığın əsaslana biləcəyi özül var”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında münasibətlər çoxəsrlik tarixə malikdir.
“Əlaqələr çoxəsrlik tarixə malikdir, çünki hələ Çin və Avropa ölkələrini birləşdirən və həm Özbəkistan, həm də Azərbaycan ərazisindən keçən Böyük İpək Yolunun tarixinin dərinliklərinə gedib çıxır. Bizim ərazilərimizdən həm şərqə, həm də qərbə çoxlu mal nəql edilib. Bu mənada Azərbaycan və Özbəkistanı müxtəlif xalqlar, regionlar və mədəniyyətlər arasında əlaqələndirici halqa, körpü olmaq mədəniyyəti birləşdirir”, - deyə R.Nəzərov bildirib.
Tarix İnstitutunun əməkdaşı iki dövlət arasında qarşılıqlı əlaqələri Özbəkistanın 60 min nəfərdən ibarət Azərbaycan diasporunu mühüm əlaqələndirici halqa adlandırıb.
“Daşkənd və Səmərqənddə mədəniyyət mərkəzləri akitv şəkildə fəaliyyət göstərir. Əlaqələrimiz çox səmərəlidir. Həmçinin Özbəkistan və Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq böyük tarixi keçmişə malikdir. Xüsusilə bizim regionda neft aşkar olunanda, neft hasilatı üzrə mütəxəssislər arasında çoxlu sayda azərbaycanlı var idi. Onlar Bakıdan Fərqanə vadisi və Özbəkistanın digər regionlarına göndərilmişdilər”, - deyə R.Nəzərov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət