Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Mərkəzi Elmi Kitabxanaya (MEK) kitablar hədiyyə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA Mərkəzi Elmi Kitabxanaya (MEK) tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi kitabların hədiyyə edilməsi artıq ənənə halını alıb. Bu günə qədər müxtəlif təşkilatlar, səfirliklər, AMEA-nın bir sıra elmi müəssisələri, o cümlədən ayrı-ayrı müəlliflərdən kitabxanaya küllü miqdarda kitab hədiyyə edilib.
Bu dəfə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov MEK-ə bir neçə kitab hədiyyə edib. Bunlar professorun özünün müəllifi olduğu və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan Təhsil Tarixi”, “Azərbaycanın Təhsil Nazirləri”, “Dünyanın 100 ən yaxşı Universiteti 2009”, “Azərbaycanın Elmi Elitası”, “Elementar Riyaziyyatın Əlavə fəsilləri və Olimpiadalar”, “Некоторые вопросы математической теории оптимальных процессов в системах с запаздываниями”, “Исследование оптимальных процессов с запаздываниями при наличии ограничений”, “Исследование особых управлений и необходимые условия оптимальности второго порядка в системах с запаздываниями”, “Качественная теория оптимального управления системами Гурса-Дарбу” adlı nəşrlərdir.
Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət