2015-ci ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 7 mln. 222,202 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2015-ci ilin aprel ayının 1-nə qədər 271 mln. 62,048 min ton neft, o cümlədən mart ayında 2 mln. 521,925 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, mart ayında BTC neft kəməri ilə 300,333 min ton Türkmənistan və 347,5 min ton Qazaxıstan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin I rübündə Ceyhan neft terminalından 6 mln. 862,055 min ton, o cümlədən martda 2 mln. 37,735 min ton Azərbaycan nefti nəql olunub. Bütövlükdə BTC-nin istismara verildiyi vaxtdan 268 mln. 801,145 min ton Azərbaycan nefti yola salınıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə BTC kəməri ilə 28 mln. 508,192 min ton Azərbaycan nefti nəql olunub.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət