Bakı Ağır Cinayətlər üzrə Məhkəmə xarici ölkələrin ərazilərində qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatlarda iştirak edən iki Azərbaycan vətəndaşını uzun müddətə azadlıqdan məhrum edib. Bu barədə agentliyə məhkəmənin dəftərxanasından məlumat verilib.
Belə ki, məhkəmənin qərarı ilə İŞİD-in və digər qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatalarda iştirak etmiş Firdovsi Yusifov 11,5 il, Taleh Soltanov isə 7,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
F.Yusifov və T.Soltanov, eləcə də 24 nəfər Azərbaycan vətəndaşı 2014-cü ilin sentyabr ayında silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərin törədilməsində şübhəli bilinərək həbs olunublar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb.
Müəyyən edilib ki, F.Yusifov və T.Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Belə ki, F.Yusifov Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan vilayətinə keçib və orada «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin “əmiri” təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü ilin avqust ayınadək fəaliyyət göstərib.
T.Soltanov da Pakistan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ildə Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana keçib və «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Seyfullah» adlı digər silahlı dəstədə 2013-cü ilin avqust ayınadək iştirak edib. T.Soltanov Pakistana gedərkən yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə götürüb və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan ərazisinə göndərib.
Pakistanda F.Yusifov və T.Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər.
T.Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə T.Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət