SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilə qədər “Darvin bankası” yatağında 790 nömrəli stasionar dəniz özülü quraşdırmağı planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Dəniz özülü SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa ediləcək. Özülün baş podratçısı “Neftqaztikinti” Trestidir”, - deyə məlumatda qeyd edilir.
14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özüldə müasir qazma avadanlığı, 37 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 25 ton olan iki qaldırıcı kran, yanğından və korroziyadan mühafizə sistemləri, eləcə də digər zəruri avadanlıqlar quraşdırılacaq.
790 nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.
Özülün tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq ehtiyatları 2,6 mln. ton neft və 0,5 mlrd. kubmetr qaz təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət