“Naxçıvan Aqrolizinq” ASC-də Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Müşavirədə “Naxçıvan Aqrolizinq” ASC-nin baş direktoru Vasif Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində “Naxçıvan Aqrolizinq” ASC və onun rayon bazaları üçün də inzibatı binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılıb. Cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 1595 ədəd texnika və texnoloji avadanlıq gətirilib, onlardan 1117-si lizinq yolu ilə sahibkarlara satılıb. Ötən dövrdə taxılçılığın inkişafına da diqqət artırılıb, məhsul istehsalçılarına güzəştli şərtlərlə 33 min 211 ton azot, 6505 ton fosfor gübrəsi satılıb. Muxtar respublikada heyvandarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” ASC tərəfindən bu günədək 1810 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilib.
“2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunub. Ona görə də bu il kənd təsərrüfatının inkişafına diqqət daha da artırılacaq, bu sahədə ciddi dönüşə nail olunacaq. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınıb. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. ASC 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunub, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirib”, - deyə Ali Məclisin sədri V.Talıbov qeyd edib.
Qeyd olunub ki, muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən diqqət, yaradılan şərait öz bəhrəsini verir. Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı üçüncü yerdədir. Qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində gələcəkdə ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payı artacaq. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, müasir kənd təsərrüfatı texnikaları alınır, güzəştli kreditlər verilir, yeni fermer təsərrüfatları və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələri yaradılır. Həyata keçirilən tədbirlər muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verir. Digər bir tərəfdən isə kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılması yerli xammalın ucuz qiymətə xarici bazara çıxarılmasının qarşısını alır. Bu da yeni istehsal müəssisələrinin yaradılmasına, iş yerlərinin açılmasına və daxili bazarın qorunmasına xidmət edir.
V.Talıbov deyib: “Bu gün ölkələrin qarşılaşdığı ən mühüm problemlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir. Ərzaq təhlükəsizliyini təmin etmək üçünsə kənd təsərrüfatı ardıcıl şəkildə inkişaf etdirilməlidir. Ölkəmizdə, eləcə də muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır. Ona görə də aid dövlət orqanları və rayon icra hakimiyyətləri “Kənd təsərrüfatı ili”ni uğurla başa vurmaq üçün qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, yerlərdə kiçik fermer təsərrüfatlarının yaradılmasına üstünlük verilməli, bu sahə üzrə ayrılan kreditlərdən səmərəli istifadə olunmalıdır. Əkin sahələrinin su təminatı ödənilməli və suvarma suyundan qənaətlə istifadə olunmalı, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilməli, məhsuldarlıq artırılmalıdır. Muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları daim yerlərdə olmalı, fermerlər və torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilməli, maarifləndirmə işi aparılmalı, aqrotexniki qaydalar ətraflı izah olunmalıdır”.
Ali Məclisin sədri “Naxçıvan Aqrolizinq” ASC, eləcə də digər müvafiq dövlət təşkilatları və qurumlarına konkret tapşırıq və göstərişlər verib.
Sonra o, “Naxçıvan Aqrolizinq” ASC tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Məlumat verilib ki, 2015-ci ildə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən muxtar respublikaya müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı gətirilib. Cari ildə gətirilən texnikalardan 10-u Avropa istehsalı olan kombayn, qalan 80 ədədi isə Türkiyə istehsalı olan 14 adda müxtəlif texnikalardır.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət