“Nar Mobile” ticarət markaslı altında fəaliyyət göstərən “Azerfon” MMC (Azərbaycanda mobil rabitə operatoru) rebrendinq həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.
“Bundan sonra “Azerfon” “Nar” kimi təqdim olunacaq. Loqotip Böyük Britaniyanın strateji brendinq və dizayn üzrə tanınmış “Landor” agentliyi tərəfindən tərtib edilib. Nar formasında və rəngində olmaqla, “ünsiyyət buludunun” daxilində sözdən ibarət olan “Nar” ticarət nişanını əks etdirir”, - deyə məlumatda qeyd edilir.
Məlumatda “Azerfon”un baş direktoru Kent Maknilinin sözlərinə istinadən vurğulanır ki, Azərbaycanda fəaliyyətə başlayandan etibarən şirkət məhsullarını təkmilləşdirərək və yeni xidmətlər tətbiq edərək inkişaf edir.
“Biz xüsusilə müxtəlif tarif planları və innovasiya məhsulları tətbiq etməklə müştərilərimizin ehtiyaclarının təmin olunmasına böyük diqqət yetiririk”, - deyə K.Maknili qeyd edib.
“Azerfon” MMC 2007-ci il martın 21-dən kommersiya fəaliyyətinə başlayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət