Bakı Ağır Cinayətlər Məhkəməsində İraq, Suriya və Pakistanda qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatlarda iştirak etməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşının işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmənin dəftərxanasından məlumat verilib.
Məhkəmə Nicat Abbasov və Hüseyn Məmmədovun irəli sürülən ittihamlara aidiyyətlərinin olub-olmadığını müəyyən edəcək.
Məhkəmənin iclası aprelin 14-nə təyin edilib.
N.Abbasov və H.Məmmədov 24 Azərbaycan vətəndaşı ilə birlikdə 2014-cü ilin sentyabr ayında silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərin törədilməsində şübhəli bilinərək həbs olunublar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb.
Qeyd edək ki, elə aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsi İŞİD-in və digər qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatalarda iştirak etmiş Firdovsi Yusifovu 11,5 il, Taleh Soltanovu isə 7,5 il müddətinə azadlıqdan məhrum edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət