Bakı. 16 aprel. İNTERFAKS-AZƏRBAYCAN - İslam maarifçiliyi sülhün möhkəmlənməsi və münaqişəli vəziyyətlərin nizamlanması işində vacib rol oynayır. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bu gün Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
“Dünyada beynəlxalq hüququn işləmədiyi, ikili standartların fəal şəkildə tətbiq edildiyi bir vaxtdaislam maarifçiliyimühüm rol oynayır və onun tətbiqi qarşıduran tərəfləri barışdıra, sülhün möhkəmləndirilməsi, sivilizasiya və mədəniyyətlər arasında dialoqun inkişfına xidmət edə bilər”,- deyə AMEA prezidenti bildirib.
A.Əlizadənin sözlərinə görə, mütərəqqi humanitar proses alimlər tərəfindən bəşəriyyət adına aparılan işlərə əsaslanmalıdır.
AMEA prezidenti qeyd edib ki, Azərbaycan bir çox mədəniyyətlərin və dinlərin qovuşduğu mərkəzdir.
“Azərbaycan xalqına xas olan xüsusiyyətlərdən biri də tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət göstərməkdir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc və yanaşı yaşayırlar”,- deyə A.Əlizadə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda məscid, kilsə və sinaqoqlar azad fəaliyyət göstərirlər.
“İslam ehkamlarından biri oxumağı buyurur. Bu ehkamın əsasında məhz biliklərə yiyələnmək buyruğu dayanır. Müsəlman aləmində tarixən hərtərəfli təhsil sistemi inkişaf edib. Azərbaycanda maarifləndirmə və bilik mərkəzləri kimi fəaliyyət göstərən qədim məscidlər yenidən qurulub. Onlar kafedra səviyyəsində fəaliyyət göstərirlər”,- deyə A.Əlizadə qeyd edib.
AMEA prezidenti insanların dini zəmində bir-birini məhv etməsini qınadığını bildirib.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət