Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi veb-səhifəsinin http://www.bhos.edu.az təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, müasirləşən və qloballaşan dünyada internetin, informasiya texnologiyalarının, sosial şəbəkələrin, onlayn medianın, virtual mənbələrin bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm rolu olduğu kimi, elm və təhsil müəssisələrinin veb-səhifələrinin ərsəyə gəlməsi də bu sahənin inkişafına, bu istiqamətdə beynəlxalq əlaqələrin genişlənməsinə, tədris proqramları və vəsaitlərin daha tez və asan əldə edilməsinə əlverişli şərait yaradır.
Rektor mətbuatın və ictimaiyyətin BANM-in fəaliyyətinə hər zaman böyük diqqət və maraq göstərməsini və müasir dövrdə bir çox məlumatların internet vasitəsilə əldə olunmasını qeyd edərək, bu baxımdan ali məktəbin rəsmi veb-səhifəsinin yaradılmasına zəruriyyət yarandığını bildirib.
O, BANM-in fəaliyyəti və ən son xəbərləri haqqında ətraflı məlumat əldə etmək istəyənlərin artıq ali məktəbin rəsmi səhifəsindən faydalana biləcəyini vurğulayıb.
Sonra BANM-in Elektron-tədris şöbəsinin rəisi Şərif Xurşudov rəsmi saytı təqdim edib və saytın tərtibatı, məzmunu, imkanları, istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Təqdimatda qeyd edilib ki, saytda BANM-in fəaliyyəti ilə yanaşı, ali məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında geniş məlumat yerləşdirilib.
Əcnəbilərin BANM haqqında məlumat əldə etməsi üçün sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir. Bundan başqa, gələcəkdə nəzərdə tutulan tədbir, seminar, konfrans və digər yeniliklər haqqında məlumat əldə etmək üçün saytda xüsusi “Təqvim” bölməsi yaradılıb.
Ş.Xurşudov, həmçinin ictimaiyyətlə yanaşı, BANM-in tələbələrinin və onların valideynlərinin də veb-səhifədən səmərəli yararlanması üçün xüsusi şifrə və kod verildiyini qeyd edib.
O, bu texnologiyanın valideyn və tələbənin dərsə davamiyyətinə nəzarət etməsi və imtahanın nəticələri haqqında operativ məlumat əldə etməsi üçün xüsusi imkan yaradacağını vurğulayıb. Ş.Xurşudov həmçinin saytda tələbələrin akademik və sosial fəaliyyətlərini əks etdirən video və fotoşəkilli məlumatların olduğunu qeyd edib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət