İslam dini sülh və təhlükəsizliyi təhdid etmir, dialoqa və ünsiyyət qurmağa çağırır. Bu sözləriAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, akademik Vasim Məmmədəliyev AMEA və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilmiş “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
“Bu gün mütərəqqi bəşəriyyət islamofobiyanın yayılmasından narahatdır. Əslində İslamın dünya üçün heç bir təhlükəsi yoxdur”, - deyə o bildirib.
Alimin sözlərinə görə, Allah Qurani-Kərimdə insanları multikulturalizmə və tolerantlığa dəvət edir.
“Uca yaradan Quranda insanlara müraciət edərək deyir ki, biz sizi bir qadın və bir kişidən yaratdıq. Sizin bir-birinizi tanımanız üçün müxtəlif xalqlar yaratdıq. Allah dini insanlara göndərdi ki, onlar özlərini dərk etsin, başqaları ilə münasibət qursun, əməkdaşlıq etsinlər”, - deyə V.Məmmədəliyev qeyd edib.
Akademik deyib ki, İslamda dini və milli şovinizm anlayışı yoxdur. Azərbaycan xalqı heç bir zaman dindən siyasi məqsədlərlə istifadə etməyib.
“Azərbaycan dövlətçiliyi və siyasəti dindən xalqın maariflənməsi və inkişafı üçün istifadə edib. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir və bunu nəsildən nəsilə ötürür”,- deyə alim əlavə edib.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət