Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hesab edir ki, digər xalqlara və dinlərə tolerant münasibətlə yanaşı, öz milli və dini dəyərlərimizə də qayğı ilə yanaşmaq lazımdır.
“Əgər iqtisadiyyatda açıq qapı siyasəti yürüdürüksə, mənəvi həyatda bunu edə bilmərik. Bəli, əvvəllər biz vətəndaşlarımıza xaricdə dini təhsil almağa icazə verirdik, bu gün müəyyən xarici təhdidlər səbəbindən buna icazə vermirik”, - deyə M.Qurbanlı Mətbuat Şurasının keçirdiyi “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycan əhalisinin 96%-i İslam dininə etiqad edir, lakin bununla yanaşı, müxtəlif din və xalqların nümayəndələri ölkədə sərbəst yaşayırlar. “Biz tolerantıq, bizdə multikulturalizm inkişaf edib, ancaq bu, milli-mənəvi dəyərlər məsələsində gərginlik yaratma cəhdləri zamanı susmalı olduğumuz və ya susacağımız anlamına gəlmir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, xaricdə dəstəklənən islamın heç bir radikal cərəyanı və heç bir sekta azərbaycanlıları öz dəyərələrindən imtina etməyə vadar edə bilməz.
“Heç bir din dünyada mono-dini hegemonluğu bərqərar edə bilməz. Eyni zamanda, tarixdən məlum olduğu kimi, heç bir işğalçı bütün dünyanı işğal edərək vahid idarəçilik tətbiq edə bilməyib. Xristianlıq tərəfindən də bu cür cəhdlər olub, lakin onlar iflasa məhkumdur”, - deyə komitənin sədri bəyan edib.
“Bu səbəbdən xristian missionerlərə müraciət edirəm - Azərbaycanda sizə yer yoxdur. Bu, İslamda yeni cərəyanlara da aiddir. Azərbaycanda heç bir qüvvə müsəlmanları ənənəvi etiqad və dini dəyərlərdən üz döndərməyə məcbur edə bilməz”, - deyə o vurğulayıb.
Öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, tədbirin məqsədi KİV rəhbərləri ilə dövlət idarələri və strukturları arasında dialoqun qurulmasıdır. O, qloballaşma şəraitində münaqişələrin, islamofobiya və radikalizm təzahürlərinin artdığı indiki dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, tədbirdə respublikanın təxminən 50 KİV nümayəndələri iştirak edirlər.
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət