Gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov Avropa Oyunlarının keçirilməsinə yardım bəhanəsilə məktəblərdə pul yığımını kəskin pisləyib.
“Təbii ki, istənilən düşüncəli insan üçün məktəbdə pul yığımı - bu, ilk öncə, yolverilməzdir, təhqirdir. Bu, əsl korrupsiyadır, fərqi yoxdur Avropa Oyunları adı altında və ya digər bəhanə ilə olsun. Bu səbəbdən təbii ki, biz hər birimiz Azərbaycan vətəndaşları olaraq buna qarşıyıq”, - deyə A.Rəhimov guya Avropa Oyunlarının keçirilməsinə yardım üçün məktəblərdə pul yığımı ilə bağlı məsələni şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, BEGOC bununla əlaqədar məktəblərdə heç bir monitorinq keçirmir.
“Təkcə məktəblərdə pul yığımı deyil, həm də istənilən xəzinədarlıq orqanları və ya müxtəlif təşkilatların nümayəndələrinin məktəblərə gedərək Oyunlar üçün vəsait yığması qanunsuzdur və cinayətdir. Hesab edirəm ki, bunun qarşısını cinayət işinin açılmasına qədər bütün nümkün üsullarla almaq lazımdır, çünki bu cür hərəkətlər Avropa Oyunlarının nüfuzuna xələl gətirir”, - deyə A.Rəhimov vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycanın büdcəsi “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etməyə imkan verir.
“Əvvəllər qeyd etdiyim kimi və bu gün də tam məsuliyyətlə təsdiq edirəm ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı vəziyyət bizə təsir etməyib. Hətta bu, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar məsələlərə də təsir göstərməyib. O ki qaldı məktəblərə, əlbəttə ki, heç kəs pul verməyib və vermir. Bu dəhşətdir”, - deyə A.Rəhimov vurğulayıb.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət