Tarixi saxtalaşdırma və təhriflər müharibələrə və terrora yol açır. Bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfransda bildirib.
“Özlərini erməni “tarixçiləri” və “siyasətçiləri” adlandıran şəxslər həqiqi tarixi saxtalaşdıran, qonşu xalqların ərazilərinin mənimsənilməsinə, separatçılığa çağıran kitabların nəşri ilə məşğuldurlar. Onlar bununla müharibə və terrorçuluğa yol açırlar”, - deyə K.İmanov bildirib.
Onun sözlərinə görə, “erməni ideoloqların riyakarlıqla dolu əsərləri tarixi faktların saxtalaşdırılması ideyasına xidmət edir”.
“Bu gün dünyada erməni “tarixçiləri”, “yazıçıları” və “siyasətçiləri”nin yaratdıqları o qədər çox mif var ki, onları saymaq mümkün deyil. Bütün bunları erməni siyasi mifologiyası kimi xarakterizə etmək mümkündür”, - deyə K.İmanov vurğulayıb.
Agentliyin sədri qeyd edib ki, ermənilər “miflərin yaradılmasında milli istedada” malikdirlər. “Erməni ideoloqları tərəfindən dünyanın yaradılması və dünya tarixinin inkişafı, qondarma “erməni soyqırımı”, ermənilərin Azərbaycanda təzyiqə məruz qaldıqlarına dair yüzlərlə mif yaradılıb və yaradılır”, - deyə o bildirib.
K.İmanov vurğulayıb ki, ermənilər bütün dünyada Yer kürəsinin müxtəlif guşələrində yaşadıqları yerləri daim “yeni Ermənistan” adlandırmaları ilə məşhurdurlar.
“Bu siyasət geosiyasi xarakter daşıyır. Erməni “istorioqrafları” mütəmadi olaraq dünyada yaşadıqları regionların saxta coğrafi xəritələrini yaradaraq nəşr edirlər. Artıq bu gün 18 bu cür “ermənistan” saymaq olar. Nəticədə həmin “ermənistan”lardan hansını həqiqi hesab etmək sualı meydana çıxır. Yerli əhali olan xalqlardan fərqli olaraq, ermənilər öz dövlətinin deyil, xalqının tarixini yazmaq məcburiyyətindədirlər. Onların yaratdıqları mifologiya qonşu xalqların mədəniyyəti, qonşu dövlətlərin ərazilərinin mənimsənilməsinə yönəlib. Bu mifologiya “gəldim, gördüm, mənimsədim” qaydasına əsaslanır”, - deyə professor bildirib.
Onun sözlərinə görə, Ermənistan terrorçuluğu dövlət səviyyəsində təsadüfən dəstəkləmir.
“Müasir erməni terrorçuluğunun unikallığı tarixi faktların saxtalaşdırılmasından ibarətdir Onlar öz terrorçularının qanlı fəaliyyətinə məhz ermənilərin uydurduğu mifoloji tarixlə bəraət qazandırmağa çalışırlar. Terrorçuluğun unikal xarakteristikası tarixi özləri bildikləri kimi təkrar yazmaqdan ibarətdir”, - deyə K.İmanov vurğulayıb.
Onun sözlərinə görə, ermənilər tərəfindən saxta tarixi həqiqətin formalaşdırılması Azərbaycanın və bütün regionun tarixinin saxtalaşdırılmasına səbəb olur.
“Azərbaycan bu halla məqsədyönlü şəkildə mübarizə aparır və tarixi faktlarla saxta erməni miflərini ifşa etməyi davam edir. Ermənilər Qafqazda gəlmə etnosdur və “Böyük Ermənistan” yaratmaq cəhdində bunun əksini sübut etmək məqsədilə faktlar axtarmağa çalışırlar”, - deyə o bildirib.
Agentliyin sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti heç zaman unutmamalıdır ki, müasir Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb.
“Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bu barədə bəyan edib. O vurğulayıb ki, ХХ əsrin əvvəllərində çar Rusiyasında nəşr olunan coğrafi xəritələrdə hazırkı Ermənistan ərazisində bütün toponimlər Azərbaycana aiddir. Və orada erməni adlarına rast gəlmək mümkün deyil. Ermənistanın yaşayış məntəqlərinin 80%-i Azərbaycan mənşəlidir”, - deyə K.İmanov bildirib.
O, Azərbaycan prezidentinin sözlərinə istinad edərək bəyan edib ki, “biz mütləq tarixi torpaqlarımıza qayıdacağıq”.
“İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bu gün separatçılıq və torpaqların itikisi ilə üzləşmiş keçmiş SSRİ-nin digər ölkələrinin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir. Prezident dünya dövlətlərini və beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi barədə söhbət gedərkən, qərəzlilik və ikili standartlardan imtina etməyə çağırıb”, - deyə K.İmanov bildirib.
O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələyə qərəzli yanaşma işğalçı ölkə olan Ermənistana göstərilən dəstəkdir.
“Konfransımızın məqsədinə gəlincə isə, Azərbaycan prezidentinin tapşırığı ilə biz informasiya məkanında hücum xarakterli təbliğat aparmalıyıq. Erməni mifologiyasının yalanına qiymət vermək bizim tarixi borcumuzdur”, - deyə K.İmanov qeyd edib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət