Avropanın ürəyi Azərbaycanla birgə döyünür. Bunu “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq bu gün paytaxtın mərkəzində yarışların başlamasına 50 gün qalması ilə əlaqədar keçirilən tədbirdə söyləyib.
“Avropanın tarixində ilk dəfə keçiriləcək bu oyunların başlamasına düz 50 gün qalıb, bu gün bizim bununla bağlı keçirdiyimiz tədbirə dünyanın müxtəlif ölkələrindən rəssamlar dəvət olunub, onlar Avropa Oyunlarının maskotlarını bəzəyəcəklər. Avropa Oyunlarının simvolu olan ceyran və nar paytaxtın müxtəlif yerlərində yerləşdiriləcək”, - deyə S.Kleq əlavə edib.
O bildirib ki, Avropa Oyunlarına biletlər uğurla satılıb.
“Bizim daha bir sevindirici xəbərimiz var, Britaniyanın məşhur televiziya şirkəti Avropa Oyunlarının yayımı ilə bağlı saziş imzalayıb, bunun sayəsində tamaşaçı ordusunun sayı daha 70 miyon nəfər artacaq”,- deyə S.Kleq bildirib.
Onun sözlərinə görə, “Bakı-2015” Avropa Oyunlarını yalnız Avropa dövlətlərinin deyil, həmçinin Hindistan, Avstraliya, Kanada, ABŞ, Çin, Cənubi Amerika ölkələri də izləyə biləcək.
“Avropa Oyunlarının başlamasına az vaxt qalıb, biz çox həyəcan keçiririk, lakin əminik ki, Avropa qitəsinin tarixində ilk Avropa Oyunları yüksək səviyyədə keçəcək”,- deyə BEGOC-un baş əməliyyat direktoru vurğulayıb.
Tədbirdə, həmçinin “Bakı-2015” Avropa Oyunlarının bir neçə fəxri səfiri, o cümlədən tanınmış teleaparıcı Hacı Nuran Hüseynov və şoumen Murad Dadaşov da iştirak ediblər.
Tədbir zamanı Fransa, İtaliya, Almaniya və Latviya nümayəndələri də daxil olmaqla 8 rəssam Avropa Oyunlarının rəsmi maskotlarını (ceyran və nar) bəzəyib. Bu maskotlar daha sonra paytaxtın müxtəlif yerlərində yerləşdiriləcək.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət