Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2015-ci ilin may ayında Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) sammitində "Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatını keçirəcək. Bu barədə nazirliyin məlumatında bildirilir.
Məlumatda deyilir ki, mayın 17-də İsveçrənin Cenevrə şəhərində BTİ-nin 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Bu tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
“Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu TASİM layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq”, - deyə məlumatda bildirilir.
Sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Bu beynəlxalq tədbirdə isə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın İKT istiqamətində həyata keçirdiyi işlər, əldə olunan uğurlar, yeniliklər və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verəcək.
Məlumatda qeyd olunur ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək (The World Summit on the Information Society - 2015 (WSIS). Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib. Layihə artıq birinci mərhələni adlayıb. İkinci mərhələ isə onlayn formada səsvermə yolu ilə keçiriləcək.
N. Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət